“Mətanət A” şirkəti Dağıstan inşaat sərgisində uğurla iştirak edib

2016-05-17

16 ildir uğurla fəaliyyət göstərən “Mətanət A” Şirkətlər Qrupu milli iqtisadiyyatımızın inkişafında və dünyada tanıdılması istiqamətində əməli addımlar atır. Daima son texnologiyaları istehsalata tətbiq edən şirkət ixrac yönlü keyfiyyətli məhsullar istehsal edərək milli brendlərimizi dünya ölkələrində tanıdır.

Ölkəmizi və milli iqtisadiyyatımızı hər zaman aktiv şəkildə beynəlxalq və regional sərgilərdə uğurla təmsil edən “Mətanət A” Şirkətlər Qrupu 13-14 may 2016-cı il tarixində Dağıstan Respublikasının Mahaçkala şəhərində keçirilən III regional sərgi-forumunda iştirak etmişdir. Şirkət öz məhsul portfeli ilə sərgi ziyarətçilərinin diqqətini cəlb etmişdir. “Mətanət A” şirkətinin istehsal etdiyi Mətanət A, AĞDAĞ, Şpak, FasNatural, ROKOL, PARAKONTAKT, QRANİYAP, İzoLatexe brendləri sərgi iştirakçılarının kütləvi marağına səbəb olmuşdur. Sərgi zamanı yeni-yeni əməkdaşlıqlar qurulmuş və ikitərəfli görüşlər keçirilmişdir.

Baku Build, Mos Build, Tehran, Dağıstan, Türkmənistan, Türkiyə və s. beynəlxalq və regional inşaat sərgilərində dəfələrlə müvəffəqiyyətlə iştirak edən şirkət qazandığı uğurlarla kifayətlənmir. Azərbaycan məhsullarını, ölkəmizin iqtisadi reputasiyasını yüksəltmək istiqamətində addım atmaq hər zaman “Mətanət A” şirkəti üçün qürur mənbəyi olmuşdur.

Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.