Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

2016-05-10

Müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi “Mətanət A” şirkətinin kollektivi tərəfindən yad edildi.

Şirkət rəhbərliyi və əməkdaşları Ulu öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək Ümummilli Liderin məzarı üstünə əklil və gül-çiçək dəstələri qoymuş, ruhuna dualar oxumuşlar.

Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Məzarın önünə gül-çiçək dəstələri qoyublar.