Uşaqlar üçün əyləncə dolu bir gün

2016-03-19

2000-ci ildən inşaat sektorunda bir çox uğurları ilə yadda qalmış “Mətanət A” Şirkəti daima Sosial məsuliyyət layihələrinə önəm vermiş, cəmiyyətimizin imkansız, əlil və kimsəsiz təbəqəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Şirkətin Korporativ Sosial Məsuliyyəti təkcə bu sferada yox, həm ekologiyanın qorunması, həm resurslardan səmərəli istifadə, həm də keyfiyyətli məhsul istehsalında özünü göstərir.

Hər zaman müxtəlif bayramlarda cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli dəyəri sayılan Novruz bayramında Abşeron və Qaradağ rayonlarında yaşayan qaçqın və məcburi köçkün uşaqlarını toplayaraq bayram şənliyi keçirildi. Tədbirdə iştirak edən uşaqlar kosa, keçəl və bahar qızı ilə müxtəlif oyunlar oynadı, bayram sevinicini “Mətanət A” şirkəti ilə birlikdə yaşadı.

Bayram şənliyində çıxış edən şirkət nümayəndəsi bu gün ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin bir hissəsi kimi məcburi köçkünlərə, uşaq evlərinə göstərilən yüksək dəstək və qayğıdan söz açmış və “Mətanət A” şirkətinin bu sahədə həyata keçirdiyi aksiyaların əsl vətəndaşlıq borcunun yerinə yetirilməsində layiqli bir nümunə olduğu vurğulanmışdır.

Daha sonra tədbir uşaqların musiqi və rəqs çıxışları ilə davam etdirildi.

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə yardım etməklə öz vətəndaşlıq borcunu yerinə yetirir. Şirkət bundan sonra da bu işləri daha əzmlə davam etdirəcəkdir.