Xocali faciəsi unudulmur

2016-02-26

Azərbaycanın ən qədim tarix və mədəniyyət yerlərindən sayılan Xocalı şəhərində 1992-ci il 26 fevral tarixində Ermənistan hərbi birləşmələrinin hücumu nəticəsində genosid aktı həyata keçirilib. Xocalı Soyqırımı nəticəsində 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.

Bu tarixi faciə daima beynəlxalq arenada diqqət mərkəzində saxlanılmış, erməni vandalizmi dünya ictimaiyyətinə çatdırılmışdır. Bununla əlaqədar hər il ölkəmizdə anım tədbirləri keçirilir, faciə qurbanları yad edilir. Bu cür anım tədbirlərindən biri də “Mətanət A” və AĞDAĞ şirkətində keçirilmişdir. "Mətanət A" Şirkətlər Qrupu Xocalı faciəsini dərin hüzn və ehtiramla yad edir, hadisə və onun qurbanlarına sayğı və vətəndaşlıq borcu olaraq hər ildönümü günü xalqımızın yanında olur, onun kədərini bölüşür. XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbirində ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən "Mətanət A" Şirkətlər Qrupunun əməkdaşları soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu qeyd edərək, bu faciəsinin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildiriblər.

Daha sonra “Mətanət A” və AĞDAĞ şirkətinin əməkdaşları Xətai rayonunda yerləşən “Ana Fəryadı” abidəsini ziyarət etmiş, faciə qurbanlarının xatirəsinə ucaldılmış hekəlin qarşısına gül dəstələri və əklillər qoymuşlar.