Kimsəsiz uşaqlar diqqət mərkəzində

2015-03-18

2000-ci ildən inşaat sektorunda bir çox uğurları ilə yadda qalmışkimsəsizlər “Mətanət A” Şirkəti daima Sosial məsuliyyət layihələrinə önəm vermiş, cəmiyyətimizin imkansız, əlil və kimsəsiz təbəqəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Şirkətin Korporativ Sosial Məsuliyyəti təkcə bu sferada yox həm ekologiyanın qorunması, həm resurslardan səmərəli istifadə, həm də keyfiyyətli məhsul istehsalında özünü göstərir.

Hər zaman müxtəlif bayramlarda cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli dəyəri sayılan Novruz bayramında Abşeron rayonunda yaşayan ailə qayğısından uzaq uşaqlar bir yerə toplanaraq bayram şənliyi keçirildi. Tədbirdə iştirak edən uşaqlar Kosa, keçəl və bahar qızı ilə müxtəlif oyunlar oynadı, bayram sevinicini “Mətanət A” şirkəti ilə birlikdə yaşadı.

Bayram şənliyində çıxışkosa edən şirkət nümayəndələri bu gün ölkəmizdə gedən nəzərəçarpan iqtisadi inkişafdan, sosial sahədə həyata keçirilən dövlət siyasətinin bir hissəsi kimi uşaq evlərinə göstərilən yüksək dəstək və qayğıdan söz açmış və “Mətanət A” şirkətinin bu sahədə həyata keçirdiyi aksiyaların əsl vətəndaşlıq borcunun yerinə yetirilməsində layiqli bir nümunə olduğu vurğulamışlar.

Daha sonra tədbir uşaqların musiqi və rəqs çıxışları ilə davam etdirildi. Şənlik boyunca əylənən uşaqlara sonda Novruz bayramı ilə əlaqədar ərzaq bağlamaları hədiyyə olundu.

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri daha əzmlə davam etdirəcəkdir.