Xocali faciəsi unudulmur

2015-02-26

Azərbaycanın ən qədim tarix və mədəniyyət yerlərindən sayılan Xocalı şəhərində 1992-ci il 26 fevral tarixində Ermənistan hərbi birləşmələrinin hücumu nəticəsində genosid aktı həyata keçirildi. Xocalı Soyqırımı nəticəsində 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlıXOCALI Mətanət A dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Bu tarixi faciə daima beynəlxalq arenada diqqət mərkəzində saxlanılmış, erməni vandalizmi dünya ictimaiyyətinə çatdırılmışdır. Bununla əlaqədar hər il ölkəmizdə anım tədbirləri keçirilir, faciə qurbanları yad edilir. Bu cür anım tədbirlərindən biri də ölkəmizdə sement və gips əsaslı məhsulların ilk istehsalçısı olan “Mətanət A” şirkətində keçirilmişdir. Şirkət Xocalı faciəsini dərin hüzn və ehtiramla yad edir, hadisə və onun qurbanlarına sayğı və vətəndaşlıq borcu olaraq hər ildönümü günü xalqımızın yanında olur, onun kədərini bölüşür. XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbirində ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən şirkət əməkdaşları soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu qeyd edərək, bu faciəsinin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildiriblər.

Daha sonra “Mətanət A” şirkətinin əməkdaşları Xətai rayonunda yerləşən “Ana Fəryadı” abidəsini ziyarət etmiş, faciə qurbanlarının xatirəsinə ucaldılmış hekəlin qarşısına gül dəstələri və əklillər qoymuşlar.