“Mətanət A” yeni brendini - parokantakt məhsulunu təqdim edir

2014-04-18

Hər zaman innovativ texnologiyalar vasitəsilə istehsal etdiyi yeni məhsullarla cəmiyyətin diqqətini cəlb edən “Mətanət A” şirkəti növbəti unikal məhsulunu - PARAKONTAKT-ı geniş istehlakçı auditoriyasına təqdim etdim edir.

Təmir zamanı ustaların üzləşdiyi ən böyük problemlərdən biri də tavana və eləcə də digər hamar səthlərə vurulan suvağın qopmasıdır. Bu zaman ustalar səthi nahamar etmək üçün müxtəlif yollara əl atırdılar. Hətta uzun müddət əziyyət çəkərək balta ilə tavanı, səthi çərtirdilər ki, səth nahamar olsun.

PARAKONTAKT məhsulunun istehsalı ilə artıq bütün primitiv və köhnə vərdişlərə son qoyuldu. Suvağın qopmaması üçün PARAKONTAKT hamar səthə çəkilir və öz özlüyündə nahamar olan  səth əmələ gətirir. Bundan sonra PARAKONTAKT-ın üzərinə çəkilən suvaq daha möhkəm yapışır və qopmur.

PARAKONTAKT məhsulunun aşağıdakı istifadə sahələri vardır:

  • daxili məkanlarda, şaquli və üfüqi səthlərdə;
  • beton tavanlarda;
  • gips, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin yapışma müqavimətini artırmaq üçün ikitərəfli bağlayıcılıq yaradan astar kimi istifadə olunur.

Əlavə vaxt itkisinə, fiziki əziyyətə ən əsası köhnə vərdişlərinizdən ayrılma zamanı gəldi. Təmir zamanı PARAKONTAKT –dan istifadə edin! Suvağınız qopmasın, ustanız yorulmasın!