“Mətanət A” şirkətində “Heydər Əliyev - 90 il - xalq üçün yaşanan ömür” adlı yubiley tədbiri keçirilmişdir

2013-05-10

90-cı illərin əvvəllərinə nəzər saldıqda o dövrün çətinliklərini hiss etməmək mümkün deyil. Bu çətin dövrdə əlbəttə ki, dahi rəhbərə, xilaskara ehtiyac var idi. Bu xilaskar, öz fenomenal idarəçilik, qeyri-adi siyasi bilik və bacarıqlara sahib, qətiyyətli və uzaqgörən siyasətçi Heydər Əliyev idi. Müasir Azərbaycan tarixinə nəzər yetirdikdə, Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin, əvəzolunmaz işlərinin şahidi olmaqdayıq. Hələ ötən ərsin 60-cı illərində siyasi hakimiyyətə gələn Heydər Əliyev müasir Azərbaycanın inkişafının təməlini elə o vaxtdan qoymuşdu. İstər siyasi, istər iqtisadi, istərsə də sosial təminat bazasının formalaşmasında qətiyyətli addımlar atan ümummilli lider, bugünkü müasir Azərbaycanın sürətli inkişafında, ölkəmizin dünya arenasında tanınmasında müstəsna xidmətlər göstərmişdir. 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində milli iqtisadiyyatımızın inkişafında yeni səhifələr açılmağa başlandı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar, münbit iqtisadi mühit, iş adamları üçün yaradılmış şərait bir çox yerli şirkət və müəssisələrin yaranması üçün zəmin formalaşdırdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90–cı ildönümü münasibəti ilə “Mətanət A” şirkətində də yubiley tədbiri keçirilmişdir. Ulu öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edən şirkət rəhbərliyi və əmək kollektivi, xalqımızın böyük oğlunun məzarı üstünə çiçəklər qoymuş, ruhuna dualar oxumuşdur. Daha sonra tədbir şikətin inzibati binasında davam etdi. Tədbir iştirakçılarını Ulu öndərin 90 illik yubileyi münasibəti ilə təbrik edən “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov ümummilli liderin həyat yolundan danışmış, dahi şəxsiyyətin Azərbaycan üçün hayata keçirdiyi və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, sosial, iqtisadi layihələrdən söz açmışdır. Heydər Əliyevin vətənə, xalqa, Azərbaycana bağlılığından, xalq üçün, millət üçün həyata keçirdiyi işlərdən danışan şirkətin rəhbəri, onun milli iqtisadiyyatımıza, sahibkarlara olan diqqətindən də danışdı: “Heydər Əliyev uzaqgörən və qüdrətli siyasətçi idi. O, çox illik iqtisadi inkişaf palanını mərhələlərə bölərək Azərbaycanın inkişafında əvvəzsiz layihələrin rəhbəri olmuşdur. Bu gün, milli sahibkarlığın uğurlu inkişafının təməlində məhz Ulu öndərin hakimiyyəti dövründə bu sahəyə olan diqqət və qayğısı dayanır. Bu gün hər birimiz xalqımızın böyük oğlu Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanının daha da inkişafı üçün böyük əzm və səylə çalışmalıyıq.” Daha sonra tədbirdə iştirak edən digər əməkdaşlar da Ulu öndərin xalqına həsr etdiyi şərəfli ömr yolu haqqında, Heydər Əliyev dühası, onun fenomenal dunya görüşü, hadisələr yanaşma tərzindən və böyük idarəçilik qabiliyyətindən danışdılar. Tədbir Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında bəhs edən filmin nümayişi ilə başa çatdı.