"Mətanət A" şirkəti "Müasir Texnologiyaların Rusiya Bazarında İrəlilədilməsinə görə" progress mükafatına layiq görülmüşdür

2013-05-09

21 may 2013-cü ildə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı çərçivəsində ən fəal tərəfdaşlara “Progress” mükafatının təqdimetmə mərasimi olmuşdur. 2007-ci ildə Rusiyanın Azərbaycandakı səfirliyi, Rusiyanın ölkəmizdəki ticarət nümayəndəliyi tərəfindən Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası (ARİƏP) ilə birlikdə təsis edilmiş “Proqress” mükafatı hər il Rusiya –Azərbaycan iqtisadi əlaqələrinə verdiyi tövhələrə görə fərqlənən şirkətlərə təqidim olunur.

Öz sektorunda innovativ texnologiyalara əsaslanan istehsal prosesi ilə keyfiyyətli və ekoloji sağlam məhsullarla istehlakçılarına öz tövhəsini vermiş “Mətanət A” şirkəti ixrac potensialının artması sayəsində Rusiya bazarında da geniş istehlakçı auditoriyası qazanmış və bir çox uğurlara imza atmışdır. Bu uğurlarla və əldə edilmiş nailiyyətlərlə “Mətanət A” şirkəti iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafına öz tövhəsini verməkdədir. Bunun nəticəsidir ki, ardıcıl olaraq iki il “Mətanət A” şirkəti müxtəlif nominasiyalar üzrə “Progress” mükafatına layiq görüldü. 2012-ci ilin yekunlarına görə fərqlənən şirkətlərə “Progress” mükafatının təqdim edilməsinə həsr olunmuş tədbirin əvvəlində nominatların iştirakı ilə sərgi təşkil olundu. Sərgidə “Mətanət A” şirkətinin stendi iştirakçılarda xüsusi maraq doğurmuş zəngin məhsul çeşidləri və nümunələri haqqında sərgi iştirakçılarına geniş məlumat verildi.

50-dən çox şirkətin qatıldığı müsabiqədə 11 şirkət qalib elan olundu. 2012-ci ilin yekunlarına əsasən “Müasir texnalogiyaların Rusiya bazarında irəlilədilməsinə görə” “Mətanət A” şirkəti “Progress” Mükafatının qalibi oldu. Rusiya bazarında müasir texnalogiyaların tətbiqi, innovativ məhsulların istehsalı və satışı barəsində məlumat verən şirkət nümayəndəsi qazanılmış mükafatın gələcəkdə daha da böyük uğurlar üçün bir stimul olacağını bildirdi. Mükafatının təqdimatından sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olmuşdur.