“Mətanət A” şirkətində Novruz bayramı təntənə ilə qeyd olundu

2013-03-18

Novruz – baharın gəlişi, təbiətin oyanışı, yeni nəfəs, yeni həyat deməkdir. Ta qədimdən bu günədək ölkəmizdə bu müqəddəs bayramın bütün adət-ənənəsi təfərrüatı ilə qeyd olunur, xalq tərəfindən sevilir və gözəl duyğular içərisində qeyd olunur. Küsülülər barışır, evlərdə bütün künc-bucaq təmizlənir, milli şirniyyatlar, xörəklər hazırlanır, milli oyunlar oynanılır, tonqallar qalanır və s.

Novruz bayramı evlərdə, ailələrdə olduğu kimi, ölkəmizin bütün rəsmi və qeyri rəsmi qurumlarında da təntənə ilə qeyd olunur. “Mətanət A” şirkətlər qrupuda hər il Novruz bayramına böyük ruh yüksəkliyi ilə hazırlaşır və bayram şənliyinin yüksək səviyyədə qeyd olunması üçün lazım olan bütün hazırlıqları edir. Bu il də həmin ənənəyə sadiq qalındı. Şirkətlər qrupuna daxil bütün şirkət, zavod, anbar və əyalətlərimizdəki nümayəndəliklərdə silsilə bayram tədbirləri qeyd olundu. Tədbirin rəsmi hissəsində Novruzun qədimliyi, tarixi, adət -ənənələrindən söz açan şirkət rəhbərliyi və əməkdaşlar daha sonra bayram süfrəsi ətrafında yığışaraq ən-ənəvi Novruz yarışlarında iştirak etdilər. Daha sonra tədbir Novruz tonqalının ətrafında tavam etdi. “Mətanət A” şirkəti xalqımızı Novruz bayramı münasibətilə bir daha təbrik edir, onlara bol-ruzi bərəkət edir. Bayramınız mübarək!