"Mətanət A" şirkəti novruz bayramında kimsəsiz ailələrlə görüş keçirdi

2011-03-18

Milli-mənəvi dəyərlərimizə hörməti öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən “Mətanət A” şirkəti cəmiyyətin qayğıya ehtiyacı olan təbəqəsinə dəstəyini, baharın gəlişi və təbiətin oyanışını təcəssüm etdirən xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində də göstərdi. Əlil uşaq və kimsəsiz insanlara qayğı və diqqəti heç bir zaman əsirgəməyən “Mətanət A” şirkəti hər il olduğu kimi bu ildə Qızıl Aypara Cəmiyyəti Abşeron rayon komitəsi, “Əlil Uşaq və Gənclərlə İş” Mərkəzi və “Əlil Qadınlar” Cəmiyyəti Sumqayıt şəhər şöbəsində bayram görüşləri keçirtdi. Kimsəsiz insanlar, qaçqın, məcburi köçkün, şəhid ailələri, əlil və kimsəsiz uşaqlarla keçirilmiş görüşlərdə onların Novruz bayramı təbrik edildi və hər birinə bayram sovqatı verildi.

Qeyd etmək lazımdır ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız “Mətanət A ” şirkətinin dəstəyini həmişə öz üzərində hiss edib və şirkət bu məqsədə yönəlik fəaliyyətini bir korporativ vətəndaşlıq borcu hesab edir və bu ənənəyə gələcək fəaliyyətində də daim sadiq qalacaq.