“Mətanət A” şirkətinin internet ünvanında müsabiqə bölməsi yaradıldı

2010-12-04

Bildiyiniz kimi satınalma prossesi və digər işlərin həyata keçirilməsi üçün təklif olunan xidmətlərin araşdırılması və obyektivliyini təmin etmək üçün müasbiqələrin keçirilməsi prossesi zəruridir. Artıq uzun müddətdir ki, öz fəaliyyətində bu prossesi tətbiq edən “Mətanət A” şirkəti daha bir yenilik edərək öz internet ünvanında MÜSABİQƏ bölməsi yaratdı. Artıq şirkətin elan edəcəyi bütün müsabiqələr bu bölmə vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Həmçinin xidmətlərini təklif edən şirkətlər də bu bölmədən faydalanaraq öz təkliflərini electron formada şirkətimizə təqdim edə biləcəklər. Maraqlı şəxslər və qrumlar www. matanata. com internet ünvanına daxil olaraq müştəri xidmətləri bölməsindən müsabiqə bölməsinə keçərək tender və katirovkalarla daha ətraflı tanış ola bilərlər.

Xatırladım ki, Azərbaycan Respublikasının Dövlət satınalmaları haqqında Qanunu 27 dekabr 2001-ci ildə imzalanmışdır. Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.