Ağdağ "İlin brendi" oldu!

2010-03-20

Mart ayının 19-u Gülüstan Sarayında "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli imukafat olan- “Uğur 2009” mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

Bu mükafat Azərbaycanda iqtisadiyyat və biznes sahəsi nümayəndələrinə təqdim olunan ən nüfuzlu mükafatdır və sahibkarlığın inkişafı baxımından əlavə stimul rolunu oynayır. Mükafat milli iqtisadiyyatın gücləndirilməsi, dünya standartlarının tətbiqi sahəsində göstərdiyi fəaliyyətə görə biznesmenlərə, dövlət və ictimai xadimlərə təqdim olunur.

2009-cu ilin yekunlarına görə "Mətanət A" şirkətinin istehsal etdiyi məhsullardan biri olan "AĞDAĞ" "İlin Brendi" nominasiyası üzrə Uğur milli mükafatına layiq görüldü. 2007-ci ildən istehsal olunan və "Hamı Sağlam Qalacaq!" devizi ilə istehlakçılara təqdim olunan bu məhsul, qısa zaman ərzində böyük alıcı kütləsinə sahib olmuş və hər kəsin böyük rəğbətini qazanmışdır. Təqdimetmə mərasimində AĞDAĞ Gips Zavodunun fəaliyətini əks etdirən video çarx iştirakçıların diqqətinə çatdırıldı. Daha sonra mükafatı qəbul edən Mayis Qasımov əldə olunmuş uğurlardan və gələcək hədəflər barəsində məlumat verdi.

Qeyd etmək istərdi ki, "Mətanət A" şirkəti artıq ikinci dəfədir ki, Uğur milli mükafatına layiq görülür. Daha öncə 2008-ci ildə "İlin Şirkəti" nominasiyası üzrə də bu mükafata layiq görülmüş şirkət, bu nailiyyətlərdən güc alaraq, milli iqtisadiyyatımıza, yerli sahibkarlığın inkişafına öz tövhələrini verməkdə davam edəcəkdir.