"Mətanət A" şirkəti qocalar evində və əlil uşaqlarla iş mərkəzində olmuşdur

2009-09-18

Müqəddəs Ramazan günlərində insanların bütün xeyirxah niyyətləri, əməlləri heç şübhəsiz ki, Uca Yaradan tərəfindən də vacib buyurulmuşdur. İnsanlar arasında dostluq, qardaşlıq və həmrəylik duyğularını daha da gücləndirən, insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayında hər il olduğu kimi, bu il də “Mətanət A” Şirkəti böyük qürur hissi və könül xoşluğu ilə kimsəsiz insanlara, yardıma ehtiyacı olan ailələrə öz dəstəyini əsirgəmədi.

Bəzən insan öz gəncliyini axtarır, həyata yenidən gəlmək istəyir amma indi onlar qədər bunu arzu edən başqaları varmı görən? Bilgəhdəki Qocalar Evində təşkil etdiyimiz görüşdən yadda qalan ən maraqlı sual bu oldu. Belə bir ziyarətin önəmini hər zaman dərk edən “Mətanət A” Şirkəti mübarək Ramazan ayında da öz ənənəsinə sadiq qalaraq, bu görüşün keçirilməsini özünə borc bildi Həyatın sınaqlarından keçmiş bu insanlar, indi tək-tənha bir otaqada oturub gah öz talelərindən, gahda zamandan şikayətlənirdilər. Biz də onların bu ibrət dolu söhbətlərini dinləyərək, onların kövrək qəlbini az da olsa sevindirmək, şad etmət istədik. Ahıllarla söbət edə-edə onların yaşayış yerləri ilə tanış olduq və öz bayram sovqatımızı onlara təqdim etdik.

Mətanət A” Şirkəti Ramazan ayında uşaqları da unutmadı. Elə bu məqsədlə də şirkətimizin nümayəndələri ƏlilUşaqlarla İş Mərkəzində qüsurlu uşaqlar və onların valideyinləri ilə görüşdü. Yaşlarının az olmasına baxmayaraq, artıq böyüklər kimi onlar da bu həyatın çətinliklərini indidən duyur, hiss edir və istər istəməz söhbət zamanı onların baxışlarında, sözlərində bu böyüklüyü görmək mümkün olurdu. Biz də onların bu söhbətlərinə şərik olmağı özümüzə borc bildik və hazırlanmış ərzaq payını onlara təqdim edərək bu çətin anlarında hər zaman onlara dəstək olduğumuzu bildirdik.