"Mətanət A" şirkəti imkansız ailələrlə görüşmüşdür

2009-09-14

Müqəddəs Ramazan ayında kimsəsiz insanların yanında olmaq, onlarla maraqlanıb qayğılarını bölüşmək, imkansız ailələrə yardım göstərmək bu ayın ən böyük fəzilətlərindəndir. Hər zaman olduğu kimi bu ay da “Mətanət A” Şirkəti birlik və bərabərlik nümayiş etdirərək bir neçə tədbirlər həyata keçirdi.

Belə tədbirlərdən biri, Azırbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal rayonu Bölməsində baş tutdu. Cəmiyyətin təşəbbüsünə dəstək olaraq “Mətanət A” Şirkəti Ramazan ayında bir qrup kimsəsiz, imkansız ailələrələ görüşdü. Görüş zamanı bu ailələrin problem və qayğıları haqqında söhbət aparıldı və hər bir ailəyə ərzaq yardımı edildi. Onlarla görüşə gəldiyimizə sevinən sakinlər onlara olan diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Bundan başqa, 11 ayın sultanı olan Ramazanda şirkətimizin nümayəndələri Xırdalan şəhər sakini, yerimə qabiliyyətini itirmiş Qarabağ əlilinin yanında oldu və onun ailəsinə baş çəkdi.

Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına iştirak edən bu şəxsin müayinə və müalicəsi üçün maddi yardım dəstəyi göstərildi. Qəhrəman insanlara fəxr edən “Mətanət A” Şirkəti belə ailələrə dəstək olmaqla, bu mübarək ayda onların tək olmadığını göstərdi.